Zelenski Ukrayna Quru Qoşunlarının sayını açıqlayıb

14:01 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hazırda ölkənin Quru Qoşunlarında 600 mindən çox hərbçi xidmət edir.

“Ukrayna Quru Qoşunları. Ordunun müxtəlif qollarından 600 mindən çox əsgər. Cəsarətli. Qəhrəman. Güclü”, - deyə Ukrayna lideri Telegram kanalında yazıb.

Onun sözlərinə görə, bu əsgərlərin çoxu dövlət mükafatlarına layiq görülüb, bir çoxları isə Rusiyaya qarşı döyüşlərdə həlak olub.