Zelenski Ukraynanın bir neçə səfirini istefaya göndərib

20:22 09.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Almaniya, Macarıstan, Norveç Krallığı, Çexiya və Hindistandakı səfirlərini istefaya göndərib.

Hafta.az-ın məlumatına görə, bunla bağlı müvafiq fərmanlar dövlət başçısının internet saytında dərc olunub.

Belə ki, Ukrayna prezidenti Andriy Melniki Ukraynanın Almaniya Federativ Respublikasındakı səfiri, Lyubov Nepopu Macarıstandakı səfiri, Vyaçeslav Yatsyuku Norveçdəki səfiri, Yevgeni Perebiynisanı Çexiyadakı səfiri, İqor Polixanı Hindistandakı səfiri və eyni zamanda Şri Lanka, Banqladeş Xalq Respublikası vəzifələrindən azad edib.