Zelenski Ukraynanın Rusiya ilə raket sistemləri üzrə sazişdən çıxması haqqında fərman imzalayıb

15:44 18.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Rusiya ilə 1993-cü ilin sentyabrında Yaltada bağlanmış strateji raket sistemlərinin saxlanmasına dair müqaviləni ləğv edib. Müvafiq sərəncamı Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.

“Ukrayna və Rusiya Federasiyası arasında Strateji Qüvvələrin strateji raket komplekslərinin istismarına zəmanət və arxitektura nəzarətinin həyata keçirilməsi proseduru haqqında Saziş ləğv edilsin”, - fərmanda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyinə bu müqavilənin ləğvi barədə Rusiya tərəfini məlumatlandırmaq tapşırılıb.

Bundan əlavə, Kiyev 1993-cü il dekabrın 24-də Aşqabadda bağlanmış MDB ölkələrinin daxili işlər orqanları işçilərinin pensiya təminatı və dövlət sığortası qaydası haqqında Sazişdən də çıxıb.