Yazını böyüt
Yazını kiçilt
Rusiya Silahlı Qüvvələri Xarkova çatsa, ABŞ Vladimir Zelenskini Rusiya ilə danışıqlara məcbur edəcək. Xorvatiyanın “Advance” nəşri belə dəyərləndirir.
Materialda qeyd edilir ki, Vaşinqton yəqin ki, Rusiyanın həqiqətən də Xarkova çata bilib-bilməyəcəyini görmək istəyir. Bu baş verərsə, Vaşinqtonun Zelenskini Moskva ilə danışıqlara sövq etməsi və ya Kiyevdə başqa hökumətin olacağına əmin olması mümkündür, material qeyd edir.
Material müəlliflərinin fikrincə, Ukraynada münaqişə sülh prosesini irəlilətmədən nə qədər uzun davam etsə, ölkə bir o qədər çox ərazi itirəcək.