"İsrail Qəzzanı həbsxanadan kütləvi məzarlığa çevirdi" - Əhməd Attaf

11:12 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairin Xarici işlər naziri Əhməd Attaf Qoşulmama Hərəkatı Fələstin Komitəsinin bu il yanvarın 19-23-də Uqandanın paytaxtı Kampalada keçiriləcək sammitə hazırlıq məqsədilə təşkil etdiyi toplantıda çıxış edib.

Hafta.az-ın yazdığına görə, Attaf bildirib ki, İsrailin Fələstində törətdiyi cinayətlər yeni deyil, yetmiş ildən çox keçmişə gedib çıxır.

Nazir Attaf, "İsrail rəhbərliyinin mümkün olduğu qədər çox fələstinlini məhv etmək, qalanlarını köçürmək və Fələstin davasını tamamilə aradan qaldırmaq məqsədi daşıdığını" bildirib.

Attaf çıxışında “İsrail Qəzza zolağını həbsxanadan kütləvi məzarlığa çevirib” deyib.