"İtaliya Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq" - Millət vəkili

12:05 01.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri dünya mətbuatının gündəmindədir.
 
Hafta.az-ın yazdığına görə, səfər prosesini şərh edən millət vəkili Vüqar Bayramov bildirirb ki, İtaliya Azərbaycanın strateji mütəffiqlərindədir və bu Avropa ölkəsini təmsil edən şirkətlər işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasında fəal iştirak edilər.
 
"Azərbaycan İtaliya da daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin formalaşmasına, neftə və eləcə də mavi qaza olan tələbatının ödənilməsinə birbaşa dəstək və töhfə verir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini İtaliya vasitəsilə Avropa bazarına çıxarır, deməli, İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq uzun müddətdir ki, formalaşıb və bu sahədəki əməkdaşlıq inkişaf etməkdədir" deyən millət vəkili qeyd edib ki, 2020-ci ilin dekabr ayından etbarən Azərbaycan İtaliyaya mavi qaz nəql edir. Son 1 ildə Azərbaycan Avropaya ümumilikdə 15 milyard kubmetrə yaxın mavi qaz ixrac edib. "TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Bu qədər təbii qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına göndəriləcək. Bu da təbii ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir", - deyib millət vəkili.
 
Onun sözlərinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsində də kəskin artımlar nəzərə çarpmaqdadır. Azərbaycanla İtaliya arasında ümumi ticarət dövriyyəsinin 2020-ci ildə 4 milyard 568 milyon dollar olduğunu xatırladan V.Bayramov deyib ki, ötən il isə ölkələr arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 9 milyard 663 milyon dollara çatıb. "2021-ci ildə Azərbaycanın İtaliyaya ixracatı 9 milyard 243 milyon, idxalı isə 419,7 miyon dollar olub. Bu ilin ilk 6 ayında isə 9 milyard 116 milyon dollarlıq ticarət qeydə alınıb. İtaliyaya 8 milyard 972 milyon dollar məhsul ixrac edən ölkəmiz sözügedən Avropa ölkəsindən 144,3 milyon dollarlıq idxal həyata keçirib. Bu ilin ilk 8 ayında isə 11 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu isə o deməkdir ki, artıq bu ilin geridə qalan 8 ayında ticarət dövriyyəmiz ötən ilki ümumi rəqəmdən daha çox olub", - V.Bayramov bildirib.
 
İqtisadçı alimin sözlərinə görə, Azərbaycan, eyni zamanda, qeyri-neft məhsullarını İtaliya bazarına çıxarmaq niyyətindədir. İtaliya Azərbaycan üçün qeyri-neft ixracatı baxımından yeni bazarlardan biri hesab olunur. Təbii ki, Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi və ölkəyə daxil olan valyuta həcminin artırılması baxımından vacibdir. Bu mənada, İtaliya növbəti dövrlərdə də Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq və iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri imkan verəcək ki, Azərbaycanın iş adamları, qeyri-neft sektorunda çalışan sahibkarlar bu strateji münasibətlərin inkişaf etməsindən faydalana bilsinlər.
Siyasət rubrikasından digər xəbərlər