Samsunda keçirilən dünyanın ən böyük aviasiya festivalı olan TEKNOFEST-də Azərbaycanın yeni nəsil pilotsuz silahlı uçuş aparatları ziyarətçilərə təqdim olunub.

Hafta.az-ın yazdığına görə, vətəndaşlar Azərbaycanın yerli kamikadzesi SİHA-sı olan "İtiqovan"ın qarşısında xatirə fotosu çəkdiriblər. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bu il 5-ci TEKNOFEST-in keçirildiyini xatırladıb.

Festivalın Türkiyə hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçirildiyini bildirən Rüstəmov "3 ay əvvəl Azərbaycanda TEKNOFEST-in həyəcanının və coşğunun şahidi olduq. Bu gün Azərbaycan olaraq qardaş ölkədə - TEKNOFEST Qara dəniz-də stend açmışıq", - deyib.

Qardaş ölkənin texnologiya sahəsində qazandığı uğurlardan çox məmnun olduqlarını vurğulayan R.Rüstəmov “T3 Fondu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidmətləri və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Elm Türkiyə və Eksperimental Təhsil proqramlarının Azərbaycanda tətbiqinə dair protokol imzaladıq" deyən Rüstəmov Türkiyə kimi milli və yerli SİHA və PUA istehsal etdiklərinə diqqət çəkib.

Bildirib ki, Azərbaycanın milli istehsalı olan SİHA və İHA-lar dünyanın müxtəlif ölkələrində keçirilən aviasiya tədbirlərində iştirak edərək uğur qazanıb. "Bu SİHA-lar xüsusilə Qarabağ müharibəsində özlərini sübut etdilər", - R.Rüstəmov deyib.