"Astara" gömrük postunda rentgen qurğusu quraşdırılıb

10:03 25.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün yeni rentgen qurğusunun quraşdırılması yekunlaşıb.


Hafta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev özünün tviterdəki hesabında yazıb.

 

“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb”, - deyə Dövlət Gömrük Komitəsinin sədri qeyd edib.

Oxunma sayı 28