Yazını böyüt
Yazını kiçilt
"Bakı Marafonu 2023"ün qalibləri məlum olub.
Hafta.az xəbər verir ki, kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.
Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonu keçirilib. “Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.