Yazını böyüt
Yazını kiçilt
"Elektron pul təşkilatlarının mənfəətliliyinin yüksək olmasının səbəblərindən biri banklar qədər inzibati xərclərinin olmamasıdır. Məsələn, onlar bina saxlamırlar, çoxsaylı işçiləri yoxdur və sair".
Bu fikirləri Hafta.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.
O, həmçinin deyib ki, bu qurumların fəaliyyəti daha şəffafdır: "Amma banklarla bağlı bunu demək olmaz. Banklar çox vaxt özləri mənfəətlərini azaldırlar ki, vergidən yayınsınlar, daha az vergi ödəsinlər”.