Yazını böyüt
Yazını kiçilt
"Baykar" müdafiə şirkəti Ukraynaya 3 ədəd "Bayraktar TB2" SİHA hədiyyə edib.
Hafta.az-ın yazdığına görə, bu barədə adıçəkilən şirkətin mətbuat xidməti açıqlama yayıb. Açqlamada deyilir: “Ukrayna xalqının vətənini müdafiə etmək məqsədilə "Bayraktar TB2" SİHA almaq məqsədilə “Xalq Bayraktarı” adı ilə təşkil edilən ianə kampaniyasının çox qısa müddətdə uğurla başa çatdığını öyrəndik. Uşaqdan böyüyə "Bayraktar TB2" almaq üçün toplanan ianə qəbul edilməyərək, şirkət tərəfindən "Bayraktar TB2"lər Ukrayna xalqına hədiyyə edilib".

Daha sonra qeyd edilib ki, ictimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, sadə insanlar, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik məbləğdə ianə edərək ölkələrinə dəstək olublar.
"Vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu bizi heyran etdi. "Baykar" olaraq toplanan ianələrlə alınması nəzərdə tutulan 3 ədəd "Bayraktar TB2"ni heç bir ödəniş qəbul etmədən Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqının xeyrinə istifadə olunmasını xahiş edirik" deyilən açıqlamada o da qeyd olunub ki, "Baykar" şirkəti müharibənin tezliklə bitməsini arzulayır və davamlı sülh üçün dua edir.