"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

16:21 18.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Beşiktaş” klubu Ule-Qunnar Solskyaerin baş məşqçi postuna keçidini açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Norveçli çalışdırıcı ilə bu gün rəsmi ( 1.5 illik+1 illik) müqavilə imzalanıb.

Xatırladaq ki, Ule-Qunnar Solskyaer 2021-ci ilin noyabrından işsiz idi. O, son olaraq İngiltərənin "Mançester Yunayted" komandasını çalışdırıb.