"Brent" nefti ucuzlaşıb, WTI bahalaşıb

10:20 20.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,15% azalaraq 1 barelə görə 88,31 dollar təşkil edib.

Hafta.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,15% artaraq 87,09 dollar təşkil edib.

Oxunma sayı 40