"Bütün dövlət proqramları icbari tibbi sığorta ilə qarşılanmalıdır"

12:33 22.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu ildən 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Bu çox vacib məsələdir".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bütün dövlət proqramları icbari tibbi sığorta ilə qarşılanmalıdır.