Azərbaycanda qeyd olunan Frankofoniya Günləri çərçivəsində Bakıda Latviya istehsalı olan "Dörd ağ köynək" ("Četri balti krekli") filmi nümayiş olunub. Film latış dilində, fransız alt yazısı ilə tamaşaçılara təqdim edilib.

Hafta.az-ın yazdığına görə, filmin rejissoru Rolanda Kalninadir. 1967-ci ildə Riqafilm Kinostudiyası tərəfindən çəkilən bədi film 73 dəqiqə davam edir. Film çəkildiyi 1967-ci ildə dövrün kino dünyasında modernizmin tələblərinə tam cavab verirdi. Çox təəssüf ki, filmdə qabardılan açıq fikirlilik, gənclik enerjisi və acı istehza səbəbindən, Sovet senzurası səbəbindən Latviya kinosu ekranlarında və kino salnaməsindən tam uzaqlaşdırılıb, yalnız 20 il əvvəl yenidən ekranlara qayıda bilib.

Bu arada, qeyd edək ki, sözügedən filmin rejissoru 1922-ci il doğumlu olduğundan, bu il onun 100 illiyi qeyd olunmaqdadır və "Dörd ağ köynək"in məhz indi nümayiş olunmasının həm də böyük mənəvi əhəmiyyəti var.

Hə, qeyd edək ki, filmin nümayişindən əvvəl Latviyanın ölkəmizdəki səfiri Dainis Qarancs da qısaca çıxış edərək, tam 55 il öncə ərsəyə gətirilmiş "Dörd ağ köynək"in rejissorunun bu il 100 yaşının tamam olduğunu, yubileyin isə təvəllüd günü - mayın 7-də (Əslində rejisor mayda doğulub - V.T.) qeyd olunacağını diqqətə çatdırıb.

"Dörd ağ köynək" filmi 50 illik fasilədən sonra - 2018-ci ildə dünyanın hər yerində tanınmağa başlayıb. Ekran əsəri həmin il Kann Beynəlxalq Film Festivalına təqdim olunub, rejissor isə 96 yaşında sözügedən tədbirə qatılıb.

Ssenari müəllifi Gunars Pried olan filmin rejissoru Rolanda Kalniņa, operatoru Miks Zvirbulis, rəssamı Uldis Pauzersdir. Filmin musiqisi İmants Kalninaya aiddir. səs rejissoru İqor Yakovlev, geyim dizayneri Yeva Kundziņadır.
Rollarda Uldis Putsitis, Liga Liepiņa, Dina Kuple, Pauls Butkeviçs, Arnolds Liniņş, Paul Pauloviç, Aris Rozentals və sair çəkiliblər.