"Dostunu orduya yaz, 100 min rubl qazan"

10:10 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tatarıstandakı hərbi xidmətə çağırış idarəsinə dostlarını gətirən və Ukrayna müharibəsində iştirak üçün orduya gedənlərə 100 min rubl, yəni 1141 dollar mükafat təklif edilib.

Hafta.az-ın RBC qəzetinə istinadən yazdığına görə, dostlarını orduya çağıranların alacağı 100 min rubldan 13 faiz gəlir vergisinin tutulacağını bildirib.

Kampaniyada dostlar, qohumlar, tanışlar, hərbi şöbə, inzibati qurum və rayon dövlət orqanlarının əməkdaşları iştirak edə bilərlər.

Qəzet onu da xatırladır ki, Tatarıstanda ordu ilə müqavilə bağlayanların aldıqları birdəfəlik ödəniş 1,5 milyon rubla (17 min dollar) qədər artırılıb. Tətbiq ilk dəfə başlayanda bu məbləğ 300 min rubl idi.