"Ən qeyri-bərabər" dövr 2015-2024-cü illər arasıdır

10:15 27.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının yarıdan çoxu son 5 ildə ölkədə bərabərsizliyin artdığı qənaətindədir.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, RBC-nın Platformanın OnIn ilə birgə keçirdiyi sorğuda iştirakçıların 53 faizi bu fikri dəstəkləyib, əks fikirdə olanların nisbəti isə 13 faizdə qalıb.

Sorğuda iştirak edənlərin 37 faizi son 10 ilin Rusiya tarixində "ən böyük bərabərsizliyin yaşandığı dövr" olduğunu düşünür. Ən qeyri-bərabər dövrün təhkimçiliyin hökm sürdüyü 17-19-cu əsrlər olduğunu düşünənlərin nisbəti isə yüzdə 33 olub.

İctimaiyyətə görə bərabərsizliyin ən aşağı olduğu dövrlər 1 faizlə Xruşşov, 2 faizlə Brejnev hakimiyyəti illəri olub. Sorğu göstərir ki, yenidənqurma dövründə bu nisbət 9 faizə, 1990-cı illərdə isə 23 faizə yüksəlib. Sosioloqlar 2000-ci illərin əvvəllərində bu nisbətin yenidən 10 faizə düşdüyünə diqqət çəkirlər.

Qarşıdakı 5 ildə ölkədə bərabərsizliyin artacağını düşünənlərin nisbətinin yüzdə 43 olduğu müəyyən edilib. Bərabərsizliyin azalacağına ümid edənlərin nisbəti 17 faizdir.