"Kəşmir münaqişəsinin həll edilməməsinin günahkarı Hindistandır" - Prezident (EKSKLÜZİV)

12:55 24.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Kəşmir münaqişəsinin həll edilməməsinin günahkarı Hindistandır. Başqa ölkələrin də bu günahda payı var. Hindistanı Çinə qarşı strateji müttəfiq hesab edən Qərb blokuna daxil olan bəzi güclü dövlətlər də Hindistanın Cammu və Kəşmirdəki işğalını davam etdirməsinə dəstək verir".

Bu sözləri Hafta.az-a eksklüziv müsahibəsində Cammu və Kəşmir prezidenti Sərdar Məsud Xan deyib. Onun sözlərinə görə, Qərb ölkələri bu gün Ukrayna və dünyanın digər yerlərində insan haqları mövzusunda fəaldırlar, lakin diqqəti Hindistanın İşğal etdiyi Cammu və Kəşmirdəki vəziyyətə yönəldikdə gözlərini yumub susurlar.

"Bütün bunlar qlobal nizamımızı pozan ikili standartlardır. Məhz bu yanaşma hindliləri onlara aid olmayan bölgəyə nəzarəti qorumağa təşviq etdi. İkibaşlı siyasət həm də Hindistana kəşmirlilərin azadlıq və öz müqəddəratını təyin etmək müstəvisində ucaltdıqları səsi susdurmaq üçün güc tətbiqinə ilham verdi. Çünki ikibaşlı siyasət onların törətdikləri əməllərinə görə cəzasız qalmalarına şərait yaradır", - deyir prezident Sərdar Məsud Xan.

Oxunma sayı 1237
Siyasət rubrikasından digər xəbərlər