"Milan" yeni baş məşqçisini açıqlayıb

19:33 30.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Milan" yeni baş məşqçisini rəsmən açıqlayıb.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Serxio Konseysao ilə müqavilə imzalanıb.

Portuqaliyalı mütəxəssisin sözləşməsi 2026-cı ilin iyununa qədərdir. O, bu vəzifədə həmyerlisi Paulo Fonsekanı əvəzləyib. 50 yaşlı mütəxəssis son olaraq "Portu"nu çalışdırıb.

Qeyd dək ki, “Milan” A seriyasının turnir cədvəlində 17 oyundan sonra 27 xalla 8-ci yerdədir.