Yazını böyüt
Yazını kiçilt
"İranın Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin həlak olmasına və yaralanmasına səbəb verən raket hücumunu kəskin şəkildə pisləyir".
Hafta.az yazır ki, bu sözlər İranın ölkəmizdəki səfirliyinin yaydığı açıqlamada deyilir. Səfirlik, Ermənistandan Gəncə şəhərinə edilən raket hücumu nəticəsində həlak olanların ailələrinə baş sağlığı və yaralananlara şəfa diləyir, bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır. "Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır", - İran səfirliyinin açıqlamasında deyilir.
--