"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

22:33 16.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 16-da Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında "Nero" rəqs studiyasının hesabat konserti keçirilib.

Hafta.az xəbər verir ki, konsertdə qrupun azyaşlı və gənc üzvləri, həmçinin müəllimləri rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.

Tədbirdə çıxış edən "Nero" rəqs qrupunun üzvü Nuray İsmayılova təəssüratlarını AZƏRTAC-la bölüşüb.

O qeyd edib ki, yekun konsert üçün hazırlıq prosesi bir ay davam edib.

"Mən “Nero” rəqs studiyasının təsisçisi və direktoru Emin Hüseynovun rəhbərlik etdiyi qrupun ifaçısıyam. Bu gün dörd rəqs nömrəsi göstərdik. Nömrələr çətin və asan olmaqla iki yerə bölünür. Bizim qrupda 15-20 iştirakçı var. Kiçik yaşlarımdan bu sahə ilə maraqlanıram. Lakin 12 yaşından etibarən professional olaraq bu sahədəyəm. Gələcəkdə bu istiqamətdə fəaliyyət göstərmək arzusundayam", - deyə gənc rəqqasə əlavə edib.

Oxunma sayı 93
Siyasət rubrikasından digər xəbərlər