"Prezident Ersin Tatar Azərbaycanın problemlərini özününkü bilir" - Diplomat

11:22 07.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Prezident Ersin Tatar olduqca millətçi, xalqsevər şəxsiyyətdir. O, Azərbaycanın problemlərini özününkü bilən, türk dünyasında baş verən hər şeyə maraqla yanaşan, Türkiyəyə sürəkli səfərlər edən, xalqın – kütlənin içində gəzən liderdir".

Bu sözləri Hafta.az-a müsahibəsində səsləndirən KKTC-nin ölkəmizdəki nümayəndəsi Mustafa Kamal Bəyazbayramın fikrincə, amma münasibətlər qarşılıqlı olmalıdır. "Əlbəttə, deyə bilərik ki, şəraitə uyğun olaraq Türkiyənin imkanları fərqlidir, Azərbaycanınkı başqa cür fərqlidir, KKTC-ninki də həmçinin" deyən diplomatın sözlərinə görə, əsas odur ki, istək olsun, qarşılıqlı münasibətlər ən üst səviyyədə və “bir millət, üç dövlət” əhval-ruhiyyəsi içində həyata keçirilsin.