"Qadınların orta aylıq əməkhaqqı 739.3 manat, kişilər arasında 1066.9 manat təşkil edib”

12:46 24.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dövlətin idarə olunması və qərarların qəbulu səviyyəsində əvvəlki illərə nisbətən 2023-cü ildə qadınların sayında müsbət dinamika müşayət olunur”.

Hafta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gün Milli Məclis Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirib.

Onun sözlərinə görə, aparılan təhlil və hesablamalar əmək bazarında qadınların iştirakı və töhfəsinin artımından xəbər verir:

“2023-cü ildə qadınların orta aylıq əməkhaqqı 739.3 manat, kişilər arasında 1066.9 manat təşkil edib. 2023-cü ildə işsiz şəxs kimi qeydiyyata alınmış, işlə təmin olunmuş, özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin gender bölgüsü göstərilib.

Ölkə üzrə Əmək pensiyaçıları arasında qadınların payı 57%, kişilərin payı isə 43% dir. Ona görə ki, yaşa görə 16%-lə və ailə başçısını itirməyə görə 60%-lə əmək pensiyaçılarının arasında qadınlar üstünlük təşkil edir”.

Oxunma sayı 111