"Qalatasaray" Sane ilə müqavilənin detallarını açıqlayıb

22:30 12.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qalatasaray" Almaniya millisinin futbolçusu Leroy Saneni transferinin detallarını açıqlayıb. 

Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

28 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. Razılaşma 1 iyul tarixindən qüvvəyə minəcək.

Bildirilir ki, oyunçu illik 9 milyon avro maaş alacaq. Bundan əlavə, hər mövsüm üçün 3 milyon avro məbləğində sadiqlik bonusu da nəzərdə tutulub.

Qeyd edək ki, Leroy Sane geridə qalan mövsümdə "Bavariya"nın heyətində 30 oyuna 11 qol və 5 qolun ötürməsi ilə yadda qalıb.