"Qarabağ" Zaqreb "Dinamo"sunun stopperi Semi Mmaeni transfer etmək istəyir. Ağdamlılar mərakeşəsilli belçikalı üçün ilk təklifi göndərib.
Hafta.Az xəbər verir ki, bunu açıqlamasında Xorvatiya klubunun idman direktoru Dario Dabaç deyib.
"Semi Mmae bizim ən yaxşı oyunçularımızdan biridir. Onu çox bəyənirəm. Amma hazırda bu futbolçu klub dəyişmək istəyir. O, yay transfer pəncərəsində başqa kluba getməyi düşünür. "Qarabağ" da bu variantlardan biridir".
28 yaşlı mərkəz müdafiəçisi ötən yay "Dinamo"ya Macarıstan "Ferentsvaroş"undan azad agent kimi keçib. "Gent"in yetirməsi Belçikada, həmçinin "Standard" və "Sent Trüden"in şərəfini qoruyub. Niderland "Maatstrixt"ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.
Mmae artıq bir dəfə Bakıda olub. O, 2022-ci il avqustun 3-də "Qarabağ"ın "Ferentsvaroş"la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb. /futbolinfo.az/