"Qarabağ" Norveçdən qələbə ilə qayıdır

23:57 07.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxıb.

Hafta.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşıb.

Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu "Qarabağ"ın yeni formatda keçirilən turnirdə ilk qələbəsi olub.

Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur

"Bodo Qlimt" (Norveç)  -  "Qarabağ" (Azərbaycan) - 1:2
Qollar: Toral Bayramov, 22 (0:1), Patrik Berq, 41 (1:1), Abdullah Zubir, 69 (1:2)