"Qarabağda ermənilərin qalıb YAŞAMASI QEYRİ-MÜMKÜNDÜR..."

17:46 03.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qalib olduğu  müharibədən sonra Qarabağdakı ermənilərin məhsul əldə etmək üçün istifadə etdiyi məhsuldar torpaqların sahəsi yarıbayarı, bəlkə də daha çox azalıb. Yəni kənd təsərrüfatı üçün onların imkanları çox məhdudlaşıb.

Bu fikirləri hafta.az-a növbəti müsahibəsində sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib:

"İkincisi və ən əsası, Qarabağda ermənilərin sayı getdikcə azalır. Bunun da səbəbi odur ki, onlar üçün iş yeri, yaşayış üçün qazanc mənbələri yoxdur. Birinci Qarabağ müharibəsindən öncə Azərbaycanla iqtisadi cəhətdən də sıx bağlı olan bu region ermənilərin özlərinin başlatdığı separatçı hərəkat sayəsində ölkəmizdən ayrıldıqdan sonra tamamilə iflasa uğradı. Və 30 ilə yaxın işğal müddətində də Qarabağı iqtisadi baxımdan Ermənistana bağlaya bilmədilər. Ona görə dolana bilməyən sadə ermənilər xarici ölkələrə köçməyə, miqrasiya etməyə başladılar. Hətta 10 Noyabr razılaşmasından sonra Rusiyanın onların xeyli hissəsinin Ermənistandan geri qayıdışını təşkil etməsinə rəğmən həmin miqrasiya prosesi indi də davam edir. Çünki yaşamaq üçün real iqtisadi əsaslar yoxdur, orada iqtisadi gələcək görünmür. Təbii ki, belə halda Qarabağda adamların qalıb yaşaması qeyri-mümkündür…"