Yazını böyüt
Yazını kiçilt
Sülh müqaviləsi bağlamaq şansları qalsa da, anlamaq lazımdır ki, Ermənistan vaxt aparıb təxribatlar törədəcək. Biz hələ də Rusiya-Ermənistan münasibətlərinin kəskin şəkildə pisləşməsini müşahidə edə bilərik. Hər şey ola bilər.
Hafta.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko çıxış edib:
"İstənilən halda, Qarabağ münaqişəsinin bitdiyini, Qarabağın Azərbaycan olduğunu əsas götürərək, sülh müqaviləsinin bağlanmasına çalışmalıyıq. Qarabağ erməniləri öz seçimini etməlidir - ya onlar Azərbaycanın bir hissəsi kimi yaşamaq istəyirlər, ya da Bakının dəfələrlə qeyd etdiyi Azərbaycan Respublikasından kənarda özlərinə başqa taleyi seçməlidirlər".