"Roma" yeni baş məşqçisini açıqlayıb

20:29 16.01.2024
Yazını böyüt
Yazını kiçilt

"Roma" Joze Mourinyonun qovulmasından sonra yeni baş məşqçisinin adını öz saytında açıqlayıb.

Bu vəzifəni 18 il klubda çıxış edən keçmiş kapitan və yarımmüdafiəçi Daniele De Rossi icra edir. "Biz hiss edirik ki, onu həmişə müəyyən edən liderlik və ambisiya komandanın mövsümün qalan hissəsindəki məqsədlərinə çatmaqda həlledici ola bilər". Müqavilənin müddəti 30 iyun 2024-cü ilə qədərdir.

Yanvarın 16-da Mourinyonun 2021-ci ildən tutduğu baş məşqçi postunu tərk etdiyi məlum olub. Bildirilib ki, məşqçilər korpusunun dəyişdirilməsi komandanın hazırkı maraqlarına cavab verir.

20 oyundan sonra "Roma" İtaliya çempionatının turnir cədvəlində 9-cu yerdədir. Roma komandasının aktivində 29 xal var.