"Səfirlə heç bir məsləhətləşmə aparılmayacaq" - XİN başçısı

11:00 07.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Xarici İşlər Nazirliyi Kiyevin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti ilə əlaqədar Tiflisə göndərilən səfir Giorgi Zakaraşvili ilə məsləhətləşmələr aparmaq niyyətində deyil.

Hafta.az-ın “European Pravda”ya istinadən yazdığına görə, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “İmedi” kanalının efirində bildirib.

Darçiaşvili vurğulayıb ki, səfir Tiflisə qayıtdıqdan sonra Gürcüstanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, “diplomatlar yerindədir və biz bu istiqamətdə işi davam etdirəcəyik”.

“Georgi Zakaraşvili ən çətin anlarda bir neçə səfirlə birlikdə bir gün də Kiyevi tərk etməyən adamdır və bu qərar ona qarşı ədalətsizlikdir, hətta insani baxımdan da", - nazir deyib.

Gürcüstan XİN-in rəhbəri vurğulayıb ki, Kiyevin qeyd etdiyi kimi, səfirlə məsləhətləşmələr aparılmayacaq və onun fikrincə, bütün problemlər Saakaşvili ilə bağlı ola bilməz, çünki hətta Avropa İnsan Haqları Məhkəməsinin də rəsmi Tiflisə heç bir iddiası yoxdur.

Məlum olduğu kimi, Saakaşvilinin son dərəcə yorğun vəziyyətdə məhkəməyə çıxmasından sonra Ukrayna Gürcüstan səfirini çağırıb və ondan “məsləhətləşmələr üçün” Tiflisə qayıtmasını istəyib. Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili cümə axşamı Kiyevi tərk edib.

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Zelenskinin reaksiyasına qəzəblənib, lakin eyni zamanda Tiflisin Ukrayna hakimiyyəti ilə “dostluq rejimində qalmaq” istədiyini vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər