“Sputnik V” koronavirus peyvəndini hazırlayan Moskvadakı Qamaley İnstitutunun rəhbəri professsor Aleksandr Gintsburq bu peyvəndin virusun yeni variantlarından qorunmadığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Gintsburq “Sputnik V” peyvəndinin yenilənməsi üçün klinik sınaqların davam etdiyini deyib.
“Sputnik V”in ilk versiyasının epidemiyanın ilk iki ili ərzində qoruma təmin etdiyini deyən alim 2022-ci ilin yayın ortalarından etibarən “Omicron” variantının ortaya çıxması ilə vaksinin effektivliyinin xeyli azaldığını qeyd edib.
Gintsburq məlumat verib ki, “Omicron 4” və “Omicron 5” variantlarından sonra effektivliyi xeyli azalan “Sputnik V”, XBB.1.5 variantının ortaya çıxmasından sonra funksiyasını tamamilə itirib.
Alim vaksinin yeni versiyasının gələn mart ayında buraxıla biləcəyini açıqlayıb.