Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirlir ki, 2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.
Xatırladaq ki, karantin müddəti may ayının dördündə başa çatacaq. İqtisadiyatın bu və ya digər sahələrində yaranan durğunluq aradan qalxacaq. Maraqlıdır, iki aya yaxın bir müddətdə fəaliyyəti məhdudlaşmış ticarət mərkəzləri, iaşə obiyektləri suni-qiymət artımına yola verə bilərlərmi? Əgər belə forsmajor hal yaranarsa, qarşısı alınması üçün hansı mexanizmlər tətbiq oluna bilər?
İqtisadçı ekspert Rəşəd Həsənov hafta.az-a açıqlamasında dedi ki, qiymətlər bazar şərtləri daxilində formalaşmalıdır:
“Bazarda rəqabətin təmin edilməsi dövlətin əsas vəzifələrindən biridir. Bunun üçün də əlində kifayət qədər alətlər var. Burada birinci səbəb tələb və təklif arasında disbalansın pozulması ola bilər. Təklif az olduğu təqdirdə dövlət vergi və rüsum haqqında fikir formalaşdıra bilmir. Beləlilklə bazarda qiymətlərin optimallaşması getmir. İkincisi isə, bazarda inhisarçılıq məsələsi ortaya çıxır. Real olmayan qiymətlərin formalaşması baş verir. Əsas problemlərdən biri odur ki, ciddi mexanizmlər fomalaşmayıb. İdarəedici və qərarqəbuledicilər ortaq məxrəcə gəlmirlər. Bu günə qədər də Azərbaycanda rəqabət məcəlləsi qəbul olunmayıb. Olunsa belə, digər qanunlar kimi onun təsdiqi necə həyata keçiriləcək o özü də sual altında olan məsələlərdən biridir. Bunun qarşısı alınmalıdır. Hökumət sərt mexanizmlər hazırlamalıdır. Azərbaycan üçün yeni dövr başlayır”.
Ekspert həmçinin bildirdi ki, postpandemiya dövründə real iqtisadiyyat hansısa formada iştirak etməlidir:
“Bunun üçün də bütün maneələr aradan qaldırılmalıdır. Üçüncü səbəb var ki, bazarda karter məsələsinin ortaya çıxmasıdır. Bəzi sektorlarda, Azərbaycanda karter sövdələşməsinn olduğunu müəyyən etməşik. Bunun da qarşısı alınmalıdır. Assosiasiyalar sektorda qiymətlərin formalaşmasında alətə çevrilməməlidir. Mümkün qədər bu imkanlar məhdudlaşdırmalıdır”.
R. Həsənov qeyd etdi ki, inhisarçılığın, süni qiymət artımının olmaması üçün hökumətin əlində istifadə edə biləcəyi alətlər olmalıdır:
“Növbəti dövrdə qiymət artımı baş verəcək. Azərbaycan idxaldan kifayət qədər asılı dövlətdir. Hökumətin qarşısında çox böyük çağırış formalaşmalıdır. İnhisarçılıq meyilləri araşdırılmalıdır. Mübarizə aparmaq üçün mexanizmlər işlənib hazırlanmalı, karantin bitdikdən sonra da tətbiq edilməyə başladılmalıdır”.