"Türkiyənin İsraillə əlaqələri yaxşılaşdırmaq istəməsi İranı narahat edir" - Livanlı professor

12:10 19.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Türkiyənin İsraillə əlaqələri yaxşılaşdırmaq istəməsi daha çox İranı narahat edir".

Hafta.az-ın yazdığına görə, bu sözləri Beyrut Strateji Araşdırmalar Mərkəsinin direktoru, professor Məhəmməd Nurəddin deyib. Onun sözlərinə əsasən, xeyli vaxtdan sonra İsrail prezidenti Herzogun martın 9-da Türkiyəyə reallaşacaq səfəri bu ölkədə həzm olunmur. 

"İsrailin Qəzzə Zolağında indiyədək davam edən mühasirədən vaz keçməsi Türkiyə ilə diplomatik zəminin yenidən yaranmasına müsbət təsir göstərdi" deyən livanlı politoloq qeyd edib ki, bundan əlavə, normallaşma prosesinin inkişafına Şimali Kipr, İsrail və Misir qazının Türkiyədən kənar alternativ boru xəttinin olmaması da öz təsirini etməkdədir. 

Professor Məhəmməd Nurəddin bildirib ki, bu iki ölkə arasında problem nə qədər dərin olsa da, Türkiyə üçün İsrail çox vacib məkandır.

"Türkiyə NATO-nun üzvü olaraq bu mövqeyindən uzun zamandır İsrailə qarşı istifadə etməkdədir. İsrail Yunanıstan və yunan Kipri üzərində nüfuzu, İraq, Misir, Suriya, Ərəb dünyası, Qafqaz və Asiya ölkələri ilə birlikdə ABŞ-la əlaqələr baxımından da böyük önəm daşıyır. AKP iqtidarı hesab edir ki, İsrail hazırda bir çox regionlarda olduqca qarmaqarışıq olan siyasi proseslərdə də təsirli rol almaqdadır və bu səbəbdən də onunla əməkdaşlıq vacibdir", - deyib livanlı politoloq.

Türkiyə ilə bağlı bir neçə kitabın müəllifi olan, Beyrut Universitetinin professoru Məhəmməd Nurəddin deyir ki, məhz İsraillə normallaşma ABŞ və birbaşa Co Baydenlə münasibətlərin düzəlməsində açar rol oynayacağına əmindir. "Ankara-Təl Əviv dialoqu ABŞ prezidenti ilə əlaqələri yaxşılaşdırmaq üçün giriş olacaq. Ancaq hər şeyə rəğmən İsrailin Türkiyə kimi önəmli və böyük ölkəyə olan ehtiyacına baxmayaraq türklər bu ölkəyə o qədər də maarqlı deyillər", - politoloq Nurəddin deyib.