"VAZ 2107"nin vurduğu piyada xəstəxanada öldü

12:10 08.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobillə vurulan piyada ölüb.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Bərdə rayon sakini S.Qocayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İlqar Mövsümovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 6-da orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.