"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

17:13 20.05.2024
Yazını böyüt
Yazını kiçilt

İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur.

Bunu deputat Tamam Cəfərova parlamentdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatının müzakirə zaman deyib.

Onun sözlərinə görə, bu onu göstərir ki, ölkəmizin genefonduna böyük zərbə dəyir.

“Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq işləyəckmi? O qədər gözəl qanun var ki, amma işlək mexanizmi yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir. Haçansa hansısa formada qanunvericiliyə müəyyən şərtlər daxilində icazə və ya müxtəlif hallarda məhdudlaşdırılma kimi dəyişikliklər edilə bilər. Burada real iş maarifləndirmənin gücləndirilməsi və bunun fəsadlarının cəmiyyətə çatdırılmasıdır", - deyə deputat qeyd edib.

Oxunma sayı 76
Siyasət rubrikasından digər xəbərlər