"Yandex"in xaricdəki işçilərinin sayı üç dəfə artıb

10:00 28.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə "Yandex"in xaricdəki işçilərinin sayı təxminən üç dəfə artıb.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, İnformasiya Texnologiyaları nəhənginin işçilərinin 8 faizi hazırda xaricdədir.

"Yandex" işçilərinin ümumi sayı 20900 nəfərdir. 2022-ci ilin sonuna xaricdəki işçilərin sayı 1700-dən çoxdur. RBC qəzeti qeyd edib ki, sözügedən işçilərin əksəriyyəti ötən il Rusiyanı tərk etmiş İT mütəxəssislərindən ibarətdir.

Lakin tam işləməyən bir neçə min nəfərin bu rəqəmə daxil olmadığı bildirilir.

Baş ofisi Moskvada yerləşən "Yandex"in Türkiyə, İsrail, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində, eləcə də bir sıra Avropa və Afrika ölkələrində ofisləri var.