1 saylı Kliniki Tibbi Mərkəz koronavirus xəstələri üçün ayrıldı

14:37 17.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb.

Bu barədə hafta.az-a açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub:

"Artıq mərkəzdə olan bütün xəstələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür. Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq".