12 min nəfər pulla saxta Covid-19 sertifikatı alıb

10:10 20.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir çox bölgələrdə 3G (aşı, testdən keçmiş və sağalmış) yoxlanışının məcburi həyata keçirilməsi, ilkin halda ölkədə 12 mindən artıq vətəndaşın saxta aşı sertifikatı aldığını üzə çıxarıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Almaniyada aparıılan yoxlamanın nəticələrini şərh edərkən, DPA İnformasiya Agentliyi məlumat yayıb. Qeyd olunur ki, vətəndaşlar hazırda "Telegram"da geniş yayılmış aşı sertifikatını saxta yolla almaq üçün adambaşına 200-300 auro ödəyirlər. 

Bu arada, sözügedən 12 min saxta sertifikat sadəcə üzə çıxarılanlardır, əslində isə bu sayın bir neçə dəfə yüksək olduğu ehtimal edilir. 

Xatırladaq ki, Almaniya İkinci Futbol Liqası komandalarından olan "Verder Bremen"in məşqçisi Markus Anfang da bu yolla saxta sertifikat alıbmış. Ona görə də, adıçəkilən klub onun müqaviləni ləğv etmiş, polis haqqında araşdırmaya başlamışdı. 

Oxunma sayı 3315