13 min manatlıq oğurluq edən şəxs tutulub

13:36 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə mənzildən oğurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il oktyabrın 10-da şəhər ərazisindəki evlərin birindən 13500 manat dəyərində spirtli içki, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev saxlanılıb.

Oxunma sayı 301