13 yaşlı qızı sözə baxmadığı üçün KİMSƏSİZ ADAYA ATDILAR

18:55 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Keçən həftə bir balıqçı Veyxay şəhəri yaxınlığındakı bir adada kiçik qız uşağı tapıb. 13 yaşlı qız qışqıraraq onu köməyə çağırıb. Hafta.az-ın məlumatına görə, qızı tapan balıqçı polisə xəbər verib.

Azyaşlı çinli qız ilə söhbət edən polis əməkdaşları müəyyənləşdiriblər ki, o, artıq iki gündür ki, buradadır. Qızın haradan olduğunu dəqiqləşdirəndə isə polislər şoka düşüblər. Belə ki, azyaşlının evi bu adadan 2 min kilometr uzaqlıda yerləşir.

Uşağı evlərinə gətirdikdə isə, polislərin təəccübü bir az da artıb. Aydın olub ki, valideynləri 13 yaşlı qızı sözə baxmadığı üçün cəzalandırmaq üçün bilərəkdən kimsəsiz adaya göndəriblər. Valideynlərinin sözlərinə görə, uşaq yalnız yemək yeyir, ev işlərində kömək etmir, dərslərini isə oxumur. Son damla isə onun məktəbə getməyəcəyini deməsi olub.

Valideynlərinin sözlərinə görə, "sağ qalmaq uğrunda mübarizə oyunu" uşağın psixoloqunun məsləhəti idi. Lakin rəsmilər valideynlərin bu hərəkətini qeyri-qanuni hesab ediblər.