152 Azərbaycan vətəndaşı çarter reysi ilə vətənə qayıdıb - FOTO

21:21 17.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdiriliblər.