2 145 rəhbər şəxs NASA-nı tərk edir

10:05 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) yaxın vaxtlarda böyük kadr itkisi ilə üzləşəcək – yüksək vəzifə tutan 2 145 əməkdaş agentliyi tərk etməyə hazırlaşır.

Politico nəşri yazır ki, bu barədə nəşrin sərəncamında olan daxili sənədlərdə qeyd olunur. Bildirilir ki, istefa verəcək əməkdaşların əksəriyyəti dövlət xidmətində rəhbər status sayılan GS-13 – GS-15 dərəcəli vəzifələrdə çalışırlar. Onların agentliyin işçi sayını azaltmaq siyasətindən və qeyri-müəyyən gələcəkdən narazı olduqları vurğulanır.

Bu ixtisarların NASA üçün həssas və çətin bir dövrə təsadüf etdiyi vurğulanıb. Prezident Donald Trampın administrasiyası dövründə kosmik agentlik 18 000 nəfərlik heyətlə, onlarla elmi proqramın ləğvi, büdcənin azaldılması və layihələrin ixtisar olunması kimi ciddi problemlərlə üzləşib.

Ekspertlər bu gedişatın ABŞ-nin kosmik araşdırmalar sahəsindəki lider mövqeyinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.