2023-cü ildə Baydenin Ukraynadakı əsas vəzifəsi açıqlandı

11:04 05.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amerikanın "Foreign Policy" nəşrinin analitikləri hesab edirlər ki, ABŞ prezidenti Co Bayden 2023-cü ildə Ukraynaya silah tədarükünə diqqət yetirəcək.

Hafta.az-ın məlumatına görə, nəşr qeyd edir ki, Vaşinqton əsas diqqətini Kiyevə stabil silah təchizatının təmin edilməsinə yönəldəcək və bu, Ukrayna tərəfinə mübarizəni davam etdirməyə kömək edəcək.

Bundan əlavə, ekspertlərin fikrincə, Amerika prezidentinin administrasiyası Konqresdə respublikaçıların nəzarətinin artırılmasına hazırlaşmalıdır.

Məqalədə deyilir ki, Bayden Kiyevə hərbi yardım göstərməkdə çətinlik çəkəcək, çünki daha çox amerikalı siyasətçi Ukraynanın maliyyələşdirməsindən narazıdır.

Digər məsələlərlə yanaşı, analitiklər Baydeni diqqətini Ukraynadan Çinlə rəqabətə çevirməyə çağırırlar.