23 yaşlı qızı doğrayıb binanın blokuna atdılar

14:21 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki yaşayış binasında baş verib. Rayon sakini, 1999-cu il təvəllüdlü Aytac Əliyevanın xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti yaşadığı binanın blokunda torbada tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Hazırda hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi başlanıb.