29 yaşlı gənc avtomobili ilə birlikdə itkin düşüb

10:29 26.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda daha bir nəfər avtomobili ilə birlikdə itkin düşüb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu rayonu, şəhər şossesi, döngə 5-də yaşayan, 1990-cı il təvəllüdlü Abbasov Rövşən Ramazan oğlu oktyabrın 17-də idarə etdiyi "KİA" markalı 85 DN 564 dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.