34 yaşlı kişi itkin düşüb

14:37 24.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naftalanda  itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Naftalan şəhər sakini, 1987-ci  il təvəllüdlü Tural Musyev cari ilin noyabr ayının 21-də  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

T.Musayevin  əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi qaradır. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 664-94-00  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.