436 min doza Covid-19 peyvəndi zibilliyə atılacaq

17:29 23.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Belçikada 436 min doza Covid-19 peyvəndi zibilliyə atılacaq.

Hafta.az bildirir ki, Belçikanın “Le Soir” qəzetinin xəbərinə görə, “AstraZeneca”nın istehsal etdiyi və istifadə müddəti mayın 31-də bitəcək peyvəndlər atılacaq. Bundan başqa, iyulda Moderna şirkətinin istehsal etdiyi 790 min doza və Pfizer-BioNTech tərəfindən istehsal olunan 90 min doza peyvəndin istifadə müddəti başa çatacağı bildirilib.

Belçikada istifadə olunmayan vaksinlərin nisbəti yüz mində 5 civarında idi. 11,4 milyon əhalisi olan ölkədə bu günə qədər 25,3 milyon doza vaksin vurulub.

Oxunma sayı 90