46 namizəd hakimlik üçün imtahan verib

16:39 28.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

DİM-dən hafta.az-a bildirilib ki, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 46 namizəd iştirak edib.

Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.