50 yaşlı kişi burun əməliyyatı vaxtı öldü

18:35 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıdakı özəl xəstəxanalardan birində xəstə əməliyyat masasında dünyasını dəyişib.

“Kriminalqafqaz” xəbər verir ki, 1972-ci il təvəllüdlü Əhməd Kazımov ötən gecə keçirdiyi burun əməliyyatı zamanı vəfat edib.

Onun hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.