56 yaşlı kişi baş nahiyəsindən aldığı xəsarətlərdən ölüb

22:53 08.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.